

Slovakiyanın Baş naziri Robert Fitso parlamentin antirusiya sanksiyalarına qarşı qəbul etdiyi qətnaməni dəstəkləyib.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə baş nazir özü açıqlamaısnda deyib.
“Biz bu sanksiyaların Slovakiyanın milli maraqlarına zərər vurub-zələməyəcəyi ilə bağlı daxili təhlil aparırıq. Bu, güclü siyasi alətdir. Lakin bizə zərər verəcək bir sanksiya olarsa, heç vaxt ona səs verməyəcəyəm”, – baş nazir əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Slovakiya Prezidenti Petr Pelleqrini anti-Rusiya sanksiyalarının ləğvi ilə bağlı referendum keçirilməsini tələb edən petisiyanı rədd etmişdi.