Fitrə zəkatı nə qədər verilməlidir? – AÇIQLAMA

Bu il Ramazan bayramı mayın 2-nə təsadüf edir və bayram namazına
qədər evdən fitrə zəkatı çıxarılmalıdır.

Bunu Trend
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad
Nurullayev bildirib.

Onun sözlərinə görə, fitrə zəkatını buğda, arpa, xurma, kişmiş,
düyü və qarğıdalı kimi məhsullardan, eləcə də pul şəkilində vermək
olar.

“Belə ki, ailədə hər adambaşına 3 kiloqram bu məhsullardan fitrə
zəkatı verilə bilər. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən
fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün isə
bu zəkatın ortalama olaraq ailə üzvü hesabına 10-15 manat fitrə
çıxarılması məqsədəuyğundur”, – deyə o qeyd edib.

Teqlər: