“Fitch Ratings” Azərbaycanda 2022-ci il üçün iqtisadi artım proqnozunu yeniləyib

2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real
artımı 2,7 faiz səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə “Fitch Ratings” agentliyinin hesabatına istinadən məlumat
verir.

Bu rəqəm dekabrda proqnozlaşdırılan göstəricidən 0,2 faiz azdır.
Proqnozun azalması Rusiya-Ukrayna münaqişəsi ilə şərtləndirilib

Qeyd olunur ki, bu göstərici 2022-ci ildə 2,9 faizədək
artacaq.

Hesabata əsasən, MDB regionunda zəif iqtisadi artım və yüksək
inflyasiya neft və qaz ixracından yüksək gəlirlərlə
tarazlaşdılır.

“Azərbaycan yüksək tələb və artan qiymətlər fonunda qaz
ixracından böyük mənfəət əldə edəcək”, – hesabatda deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: