“Fitch” qlobal ÜDM artımı proqnozunu azaldıb

“Fitch Ratings” reytinq agentliyi 2022-ci ildə qlobal ÜDM-nin
artımı ilə bağlı proqnozunu 0,7 faiz bəndi azaldaraq 3,5 faizə
qədər endirib.

AzerTimes-ın məlumatına görə, bu barədə agentliyin saytında dərc
edilən açıqlamada deyilir.

Bildirilir ki, iqtisadi artımın ləngiməsi inflyasiya və
Ukraynadakı vəziyyətlə bağlıdır.

“Fitch” 2022-ci il üçün qlobal ÜDM artımı proqnozunu 0,7 faiz
bəndi azaldaraq 3,5 faizə endirib; avrozonada – 1,5 faiz bəndi, 3,0
faizə qədər; və ABŞ-da – 0,2 faiz bəndi 3,5 faizə qədər”, – deyə
açıqlamada bildirilir.

Agentliyin analitikləri qeyd edirlər ki, “inflyasiya problemləri
gücləndikcə qlobal ÜDM-nin artım perspektivləri əhəmiyyətli
dərəcədə pisləşib”, Ukraynada baş verən hadisələr isə “qlobal
enerji təchizatını təhdid edir”.

Teqlər: