Xəbər - Zeyni Cəfərov – Trend:
“FitchRatings” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini “BB+/Sabit” səviyyəsində təsdiq edib.
AzerTimes bu barədə fonda istinadən məlumat verir.
“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin növvbəti qiymələtndirməsini keçirib və dövlətlə Fond arasında əlaqənin, dövlət dəstəyinin güclü olmasını yüksək qiymətləndirərək qurumun reytinqini ölkənin suveren reytinqinə bərabər müəyyənləşdirib.
Xatırladaq ki, “Fitch” 2009-cu ildən Fondun fəaliyyətini qiymətləndirir və onun müstəqil kredit reytinqini açıqlayır.
(Tərcümə: Orxan Nəbiyev)