“Fitch” aprelin 15-dək Rusiya təşkilatlarının reytinqlərini geri götürəcək

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Avropa İttifaqının
Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalara uyğun olaraq
bütün Rusiya təşkilatlarının və onların bölmələrinin reytinqlərini
geri götürmək niyyətindədir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Agentliyin press-relizində
bildirilib.

2022-ci il martın 15-də Aİ ölkələri tərəfindən qəbul edilən
dördüncü sanksiyalar paketinin bir hissəsi olaraq, Avropa
agentliklərinə Rusiya Federasiyası və Rusiya şirkətlərinə reytinq
vermək, habelə Rusiya müştərilərinə reytinq xidmətləri göstərmək
qadağandır.

“Reytinqlər aprelin 15-dək – Aİ-nin təyin etdiyi son tarixə
qədər geri götürüləcək”, – deyə press-relizdə qeyd olunub.

Teqlər: