“Fitch” agentliyi Rusiyanın reytinqlərini ləğv edib

“Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın reytinqlərini
ləğv edib.

Trend-in
məlumatına görə, bu barədə agentliyin açıqlamasında deyilir.

Məlumata əsasən, Rusiyanın reytinqləri ölkəyə qarşı tətbiq
olunan sanksiyalarla əlaqədar ləğv edilir. Rusiyanın milli və
xarici valyutada emitent defoltunun reytinqi C səviyyəsində
idi.

Qeyd edək ki, martın 15-də Avropa İttifaqı Rusiyada faəliyyət
göstərən hüquqi şəxslərə və təşkilatlara kredit reytinqlərinin
verilməsini qadağan edib.

Martın 8-də isə “Fitch Group” şirkəti Rusiyada kommersiya
fəaliyyətini dayandırdığını bildirmişdi.

Teqlər: