Rusiyada fırıldaqçılar yenilənmiş 5000 rublluq əsginaslarla insanları aldadırlar.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı əhaliyə xəbərdalığında bildirib.
Qeyd olunub ki, fırıldaqçılar insanlara yenilənmiş əsginasları yoxlamaq üçün smartfonlarına proqram quraşdırmağı təklif edirlər. Tətbiq quraşdırıldıqdan sonra fırıldaqçılar qurbanın telefonundakı bank hesablarına giriş əldə edirlər.
Bundan başqa, fırıldaqçılar qapı-qapı gəzərək, özlərini sosial xidmət işçisi kimi təqdim edir və köhnə 5 min rublu özlərində olan saxta yenisi ilə dəyişməyi təklif edirlər. Onların toruna isə əsasən təqaüdçülər düşür.