Rusiya ilə sərhəddə keçid məntəqələrinin bağlanması Finlandiyaya təxminən 3 milyard avroya başa gələcək. Bu ölkənin rəhbərliyi dəmir pərdəni endirməklə öz vətəndaşlarını cəzalandırır, ölkəni inkişafdan məhrum edir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Teleqram kanalında bildirib.
“Finlandiyanı qərbdə bir sıra problemlər gözləyir. Yanlış düşünüb və tələsik NATO-ya daxil olmaya görə hərbi xərclərin ciddi artımını, eləcə də Avropa dövlətlərinin hələ də öhdəsindən gələ bilmədiyi qanunsuz antirusiya sanksiyalarının nəticələrini buna misal gətirmək olar”, – o bildirib.