Finlandiyanın xarici işlər naziri Pekki Haavisto koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə Finlandiya hökumətinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, nazirdə xəstəliyin simptomları yoxdur. O, işini evdən davam etdirəcək.
XİN rəhbərinin koronavirusa qarşı peyvən olub-olmadığı barədə məlumat verilmir.