Türkiyə Finlandiyanın NATO-ya daxil olmasına ayrıca razılıq vermək qərarına gəlsə, İsveç olmadan da ona qoşulacağıq.
AzerTimes xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Mikko Savola deyib.
“Finlandiya hər iki ölkənin NATO-ya birlikdə üzv olmasına üstünlük verir. Ancaq Türkiyə xəbərdarlıq etdiyi kimi İsveçin yox, Finlandiyanı təsdiqləməyə qərar verərsə, prosesi təxirə salmayacağıq”, – nazir bildirib.