Finlandiyada seçkilər: Stubb və Haavisto öndədir

Finlandiyada seçkilər: Stubb və Haavisto öndədir

Finlandiyada prezident seçkilərində səsvermənin ilkin nəticələrinə görə keçmiş baş nazir Aleksandr Stubb və keçmiş xarici işlər naziri və deputat Pekka Haavisto öndədir.

AzerTimes xəbər verir ki, bu barədə Finlandiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səslərin 61,1%-nin hesablanmasından sonra Stubb 28,3%, Haavisto 25,8%, parlamentin spikeri Yussi Halla-aho 16,2%, Mərkəzi Bankın sədri Olli Ren 15,5%, qalanları isə 10%-dən az səs toplayıb.

Stubb istənilən namizədlə ikinci tura getməyə hazır olduğunu bildirib.

Teqlər: