Finlandiyanın paytaxtı Helsinki və İsveçin paytaxtı Stokholmda YPG/PKK terror təşkilatının tərəfdarları Türkiyə əleyhinə nümayişlər keçirib.
AzerTimes xəbər verir ki, Finlandiya parlamentinin qarşısına toplaşan terror tərəfdarları Finlandiyadan Türkiyənin NATO-ya üzvlüklə bağlı tələblərini qəbul etməməyi və NATO-ya üzv olmamağı tələb ediblər.
Təşkilat tərəfdarları iki saat parlament qarşısında nümayiş keçirib.
Terror təşkilatının bir qrup tərəfdarı İsveçin paytaxtı Stokholmda Norra Bantorqet meydanında toplaşaraq İsveçdən Türkiyəyə silah embarqosu tətbiq etməyi tələb ediblər.