Finlandiya və Azərbaycanın bir sıra sahələrdə ümumi maraqları ola bilər – XİN

Xəbər - Ləman Zeynalova – Trend:

Finlandiya və Azərbaycanın energetika, logistika və infrastruktur sahələrində ümumi maraqları ola bilər.

Bunu AzerTimes-a Finlandiya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin direktoru Sirpa Oksanen deyib.

O bildirib ki, Finlandiya beynəlxalq rəqabətqabiliyyətlilik reytinqlərində ilk yerlərdədir:

“Təhsil ölkənin uğurunun aparıcı amilidir. Finlandiya ixracayönümlü ölkədir. Biz istehsalat və kağız sənayesi ilə yanaşı, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyalar sahəsində həll yolları təqdim edirik. Biz həm də təhsil, tikinti, biotexnologiyalar, bioiqtisadiyyat və rəqəmsallaşma sahələrində təcrübəmizlə paylaşa bilərik. Finlandiya dayanıqlı cəmiyyəti çoxsaylı həllər təqdim edə bilər”.


XİN nümayəndəsi onu da bildirib ki, Finlandiya və Azərbaycan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir:

“Biz Avropa İttifaqının tərkib hissəsi olaraq Aİ ilə Azərbaycan arasındakı münasibətlərdə müsbət dəyişiklikləri, o cümlədən yeni sazişlə bağlı danışıqları alqışlayırıq. Danışıqların başa çatması tərəflər arasında münasibətlərdə yeni səhifə aça bilər”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: