Finlandiya hakimiyyəti “Hizmet” hərəkatının üzvlərini Türkiyəyə verməkdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə Finlandiyanın “İlta-Sanomat” qəzeti yazıb.
“Finlandiya Gülən hərəkatı və ya Türkiyədə terror təşkilatı kimi tanınan kürd təşkilatı PKK ilə əlaqəli olan şəxslərin Türkiyəyə təhvil verilməsinə razılıq verməyib”, – qəzeti qeyd edib.
Bildirilib ki, iyunun əvvəlinə qədər Helsinki Ankaradan ekstradisiya ilə bağlı on sorğu alıb, onlardan yeddisi təmin edilib. Finlandiya iki nəfəri ekstradisiya edib. Eyni zamanda, mətbuatda yayılan məlumatlara görə, onların terrorla heç bir əlaqəsi olmayıb.
Qeyd edək ki, Türkiyə NATO-ya üzvlük üçün vetonun götürülməsini istəyən İsveç və Finlandiyaya 9 şərt qoyub.