Finlandiya sabah NATO-ya üzv qəbul ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə NRK teleradio şirkəti məlumat yayıb.
“Sabah Finlandiya bayrağı ölkənin müdafiə alyansına daxil olmasını qeyd etmək üçün NATO-nun Brüsseldəki mənzil-qərargahının qarşısında dalğalanacaq”, – məlumatda deyilir.
Qeyd olunur ki, NATO xarici işlər nazirlərinin sabah başlayacaq iclasında Finlandiya bayrağı qaldırılacaq. Mərasimdə Baş katib Stoltenberq və Finlandiya Prezidenti Sauli Niinistö çıxış edəcək.