Rusiyadakı “Rusiç” neonasist qruplaşmasının rəhbəri Yan Petrovski Finlandiyada saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə “MTV Uutis” telekanalı məlumat yayıb.
Məlumata görə, Petrovski 2014-2015-ci illərdə Donbasda cinayətlər törətməkdə ittiham olunurdu. Hazırda Ukrayna tərəfi Finlandiyadan onun ekstradisiyasını tələb edir.