Finlandiya Rusiya sərhədində hərbi təlimlər keçirir

Finlandiya Rusiya sərhədində hərbi təlimlər keçirir

Finlandiya hərbi qüvvələri Rusiya ilə sərhəd yaxınlığında təlimlər keçirir.

AzerTimes xəbər verir ki, bu barədə Finlandiya Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, “Cənub 2/24” təlimində təxminən 1700 nəfər və 300-ə yaxın texnika iştirak edir.

Təlimlər səbəbindən Vaalimaa keçid məntəqəsinə gedən avtomobil yolu avqustun əvvəlinə qədər bağlanacaq.

Sankt-Peterburqa ən yaxın olan Vaalimaa keçid məntəqəsi Finlandiya və Sovet İttifaqı arasında ilk sərhəd keçid məntəqəsi kimi 1958-ci ildə açılıb. Bu, Avropa İttifaqının ən işlək quru sərhəd keçid məntəqələrindən biridir. Finlandiya Nazirlər Kabinetinin qərarı ilə 2023-cü ilin noyabr ayının sonundan etibarən Rusiya ilə sərhəddəki bütün yol keçid məntəqələri növbəti xəbərdarlığa qədər bağlanıb.

Teqlər: