Finlandiya və Rusiya sərhədində əlavə maneələr quraşdırıla bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Yle” nəşri məlumat yayıb.
“Ola bilsin ki, qeyri-qanuni sərhəd keçidlərinin qarşısını almaq üçün şərq sərhədində əlavə müvəqqəti maneələr tikilsin”, – materialda deyilir.
Qeyd olunur ki, uzunluğu 1300 kilometrə yaxın olan bütün sərhəd boyu onları quraşdırmaq mümkün olmadığından yalnız müəyyən ərazilərdə şlaqbaumlar tikiləcək.