Finlandiya hakimiyyəti Rusiya ilə sərhədin tamamilə bağlanmasını istisna etmir.
AzerTimes xəbər verir ki, bu barədə “Yle” Teleradio Yayım Şirkəti məlumat yayıb.
Finlandiya sərhəd xidmətinin rəsmisi Mikko Lehmusun sözlərinə görə, ölkə rəhbərliyi rusların ciddi axını olacağı təqdirdə bir neçə ssenarini nəzərdən keçirir:
“Əgər ruslar heç bir əsas olmadan gəlsələr, onlara giriş qadağan olunacaq. Helsinki dövlətin təhlükəsizliyinə təhdid yarandığı təqdirdə sərhədi də bağlayacaq”.