Finlandiya hökuməti Rusiya ilə sərhəd-buraxılış məntəqələrinin 13 dekabrdan gec olmayaraq açmaq barədə qərar qəbul edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Finlandiya hökumətinin rəhbəri Petteri Orpo deyib.
O bildirib ki, ölkəsi qaçqınlarla bağlı vəziyyətin dinamikasını diqqətlə izləyir və normal həyata qayıtmağı hədəfləyir:
“Finlandiyada hər şeyin yaxşı olduğuna şadıq, lakin qərar vaxtında veriləcək”.