Rusiya ilə sərhədin açılması təhlükəsizlik şəraitindən asılıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Finlandiya daxili işlər naziri Mari Rantanen bildirib.
“Keçid məntəqələrində təhlükəsizlik mütəmadi olaraq nəzarət altında saxlanılır, səlahiyyətli şəxslər təhlükəsizliyin yaxşılaşdığını bildirən kimi sərhəd açılacaq”, – Rantanen qeyd edib.