Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını Helsinkidən göndərmək niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə Finlandiya hökumətinin məlumatında deyilir.
“Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır”, – məlumatda deyilir.
Bildirilib ki, həmin diplomatlar Finlandiyada kəşfiyyat fəaliyyətində ittiham edilir.
Finlandiya Xarici İşlər Nazirliyi bu barədə Rusiya səfirini məlumatlandıracaq.