Finlandiyanın NATO-ya daxil olması ilə bağlı referendum
keçirilməsi üçün vətəndaş təşəbbüsü bir neçə gün ərzində 50 mindən
çox imza toplayıb və parlamentdə nəzərdən keçirilə bilər.
Trend TASS-a istinadən xəbər verir ki, petisiya fevralın 21-də
kansalaisaloite.fi xüsusi saytında dərc edilib və fevralın 26-da
axşam saatlarında sənədə səs verənlərin sayı 50 mini keçib.
Finlandiya qanunlarına görə, bu, sənədin parlamentə təqdim edilməsi
üçün lazım olan həddir.
“Biz Finlandiyanın NATO-ya daxil olması ilə bağlı referendumun
keçirilməsini təklif edirik”, – sənəddə deyilir.
Qeyd edək ki, daha əvvəl Finlandiyanın xarici işlər naziri Pekka
Haavisto bildirmişdi ki, Finlandiya NATO-nun “açıq qapı” siyasətini
davam etdirməsini vacib hesab edir. O, ölkəsinin NATO-ya üzv olmaq
üçün müraciət etmək imkanını saxlanıldığını, belə qərarlara
beynəlxalq təhlükəsizlik sahəsində baş verən dəyişikliklər nəzərə
alınmaqla real vaxt rejimində baxıldığını vurğulayıb.