Finlandiya parlamenti NATO-ya üzv olmaq təklifi barədə qərar qəbul etdi

Finlandiya parlamenti ölkənin NATO-ya üzv olmaq təklifini
dəstəkləyib.

AzerTimes-ın məlumatına görə, bu barədə müvafiq qərar parlamentin
bugünkü iclasında qəbul edilib.

Finlandiyanın alyansa üzv olması təklifini 188 deputat
dəstəkləyib, 8 nəfər əleyhinə səs verib.

Xatırladaq ki, ötən gün müvafiq qərarı İsveç parlamenti və
hökuməti qəbul edib. Bu gün İsveçin xarici işlər naziri NATO-ya
üzvlüklə bağlı müraciəti imzalayıb.