Finlandiya nümayəndə heyəti Ankaraya gəlir

Finlandiya nümayəndə heyəti Ankaraya gəlir

Finlandiya Ədliyyə Nazirliyinin nümayəndə heyəti oktyabrın 25-də Türkiyəyə gələcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Finlandiya nümayəndə heyəti Ankarada Türkiyə Ədliyyə Nazirliyinin Xarici Əlaqələr və Avropa Birliyi baş direktoru Qasım Çiçəyin rəhbərlik etdiyi heyətlə görüşəcək.

Görüşdə Finlandiyadan FETÖ və PKK üzvlərinin ekstradisiyası müzakirə ediləcək.

Bundan başqa, Türkiyə tərəfi terrorçuların törətdikləri cinayətləri dəlillərlə qarşı tərəfə izah edəcək.

Teqlər: