NATO-nun hərəkətləri və bəyanatları onu göstərir ki, təhlükəsizlik və alyans bir araya sığmayan amillərdir. Artıq alyansın təqaüdə çıxmaq vaxtıdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Alyansın əslində öyünəcək heç nəyi yoxdur. NATO müttəfiqlərinin əlində müharibələri var: dövlətləri xarabalığa çeviriblər, cəzasız qalaraq müharibə cinayətləri törədiblər, mülki insanları öldürüblər və mülki infrastrukturu dağıdıblar. Yuqoslaviya, İraq, Əfqanıstan, Liviya. Növbəti kim olacaq?
Görürük ki, bütün Avropa təhlükəsizlik sisteminə qəsb etmək istəyən NATO yenidən Rusiyaya doğru genişlənir, təhlükəsizliyimizə təhdidlər yaradır. Finlandiya Şimali Atlantika Alyansının növbəti qurbanı oldu”, – Zaxarova bildirib.