Finlandiya NATO-ya üzvlüyün doğurduğu nəticələrə hazır olduğunu bəyan edib

Finlandiya başa düşür ki, NATO-ya daxil olma müəyyən nəticələrə,
o cümlədən Rusiya ilə münasibətlərə aid nəticələrə gətirib çıxara
bilər, lakin Helsinki buna hazır olacaq.

Trend xəbər
verir ki, bunu Finlandiyanın dövlət mülkiyyəti və Avropa İttifaqı
(Aİ) ilə əlaqələr naziri Tytti Tuppurainen “Le Monde” qəzetinə
müsahibəsində deyib.

“Biz İkinci Dünya Müharibəsindən hər bir vəziyyətə hazırıq.
Təbii ki, ümid edirik ki, buna ehtiyac olmayacaq, çünki layiqli
davranış həm də Rusiyanın maraqlarına uyğundur”, – nazir
bildirib.

O, ölkənin öz seçimini etmək hüququna malik olduğunu qeyd edib
və vurğulayıb ki, alyansa üzvlüklə bağlı qərar qəbul edilərsə, o
zaman Finlandiya bunu heç kimə qarşı addim qismində etməyəcək.