Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır

Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır.

Trend xəbər verir ki, bu barədə yerli “İltalehti” qəzeti
yazır.

Qeyd olunur ki, üzvlük üçün müraciət aprelin sonunda alyansa
təqdim oluna bilər. NATO-ya daxil olmaq niyyəti prezident Sauli
Niinistö və baş nazir Sanna Marinin sədrliyi ilə Xarici İşlər və
Təhlükəsizlik Siyasəti Nazirləri Komitəsinin (TP-Utva) parlament
müzakirələri zamanı elan ediləcək.

Finlandiyanın NATO-ya daxil olması bütün üzv dövlətlər
tərəfindən təsdiqlənməlidir. Onlar razılıq verdikdən sonra NATO-nun
baş katibi namizəd ölkəni NATO-ya üzv olmağa dəvət edir.