Finlandiya hökuməti əhalinin bu məsələyə münasibəti dəyişdiyi
üçün ölkənin NATO-ya daxil olması ilə bağlı müzakirələrə
açıqdır.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu cümə günü
Finlandiya prezidenti Sauli Niinistö bildirib.
Onun sözlərinə görə, vəziyyət həm Finlandiya, həm də İsveçdə
dəyişib.
“İlk dəfədir ki, sorğulara əsasən, insanların əksəriyyəti
NATO-ya daxil olmağın tərəfdarıdır, ona görə də biz bunu
parlamentlə müzakirə etməyə hazırıq”, S. Niinistö müsahibəsində
qeyd edib.