Finlandiya prezidenti Sauli Niinistö NATO-nun baş katibi Yens
Stoltenberq ilə yeni üzvlərin alyansa qəbulu ilə bağlı prinsip və
prosedurları müzakirə edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Finlandiya prezidenti özünün
sosial şəbəkədəki hesabında yazıb.
“Finlandiyanın təhlükəsizliyini gücləndirmək və bütün imkanları
və növləri araşdırmaq lazımdır. Buna görə də, baş katib Stoltenberq
və mən yeni üzvlərin qəbulu ilə bağlı bütün prinsipləri və
prosedurları hərtərəfli müzakirə etdik”, – deyə S.Niinistö
bildirib.