Finlandiya Ukraynanın paytaxtı Kiyevdəki səfirliyinin
əməkdaşlarını müvəqqəti olaraq Lvova köçürüb.
AzerTimes-ın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bu barədə
Finlandiyanın Xarici İşlər Nazirliyindən bildiriblər.
“Çərşənbə axşamı, fevralın 22-də Ukraynadakı vəziyyətin ümumi
qiymətləndirilməsi əsasında Xarici İşlər Nazirliyi əməkdaşlarını
müvəqqəti olaraq Kiyevdən Lvova köçürmək qərarına gəlib”, – deyə
XİN-in məlumatında deyilir.