Finlandiya İsveçlə birgə NATO-ya daxil olma üçün Türkiyə ilə danışıqları müsbət qiymətləndirib

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Helsinki və
Stokholm nümayəndələrinin Finlandiya və İsveçin NATO-ya daxil
olması istiqamətində Türkiyə ilə aparılan danışıqları müsbət
qiymətləndirib.

Bu barədə AzerTimes “İnrefaks”a istinadla xəbər verir.

“İsveç, Finlandiya və Türkiyə müsbət danışıqlar apardılar,
müzakirələri davam etdirməyə razılaşdılar. Biz NATO-nun Türkiyənin
də dəstəklədiyi açıq qapı siyasətinə arxalanırıq”, – P. Haavisto
ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında
bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə fikir ayrılıqlarını aradan
qaldırmaq olar.

P. Haavisto iyunun 28-30-da Madriddə keçiriləcək NATO
sammitindən əvvəl Ankaranın səsləndirdiyi problemlərin həllində
müəyyən irəliləyiş əldə etməyin vacib olduğunu vurğulayıb.

Teqlər: