Finlandiya baş naziri istefa verdi

Finlandiya baş naziri istefa verdi

Finlandiyanın Baş naziri Sanna Marin Prezident Sauli Niinistöyə istefa məktubu təqdim edib.

AzerTimes xəbər verir ki, bu barədə ölkə prezidentinin saytı məlumat yayıb.

Məlumata görə, Niinistö Marinin istefa ərizəsini qəbul etsə də, ondan yeni hökumət təyin olunana qədər vəzifəsini davam etdirməsini xahiş edib.

Qeyd edək ki, Finlandiyada yeni kabinet aprelin 11-dən sonra qurulacaq.

Teqlər: