Finlandiya müxtəlif sanksiyalara görə ölkə ərazisində qalan 800-dən çox vaqonu rus sahiblərinə qaytaracaq.
AzerTimes xəbər verir ki, bu barədə Finlandiyanın Nəqliyyat və Rabitə Agentliyi məlumat yayıb.
Bildirilib ki, müvafiq icazə noyabrın 15-də Finlandiya Xarici İşlər Nazirliyi tərəfindən verilib:
İkitərəfli dəmir yolu nəqliyyatında istifadə edilən vaqonların bəziləri AB-nin tətbiq etdiyi sanksiyalara məruz qalır, ona görə də bu vaqonlar Finlandiyada saxlanılıb. Vaqonlar Rusiyaya təhvil veriləcək”.