Bildiyiniz kimi, fındığın həm özü, həm də yağı sağlamlığa olduqca faydalıdır və mütəxəssislər bu məhsulların istifadəsini təklif edir. Lakin aparılan son araşdırmalar fındıq qabığının möcüzəvi xüsusiyyətlərini bəlli etdi.
Mütəxəssislərin apardığı araşdırmalarda, fındıq qabığında kemoterapi dərman vasitələrinin xammal maddəsi təbii “paklitaksel”in olduğu ortaya çıxdı.
Araşdırmalar nəticəsində fındıq qabığında dünyada istifadə edilən 5 xərçəng dərmanından birinin aktiv maddəsi olan “paklitaksel” tapılaraq xərçəng müalicəsi sahəsində böyük bir kəşfə imza atıldı.
Araşdırmalar hələ də, davam edir. Bundan əlavə, fındıq yağı, fındıq qabığından ekzo-boya, arı məhsulları və hüceyrə yeniləyici məhsullar haqqında araşdırmalar aparılır. Uşaqlara verilən süd və süd məhsullarının keyfiyyətini artırma işləri də, araşdırmaya daxildir.
Mütəxəssislər bütün bu işləri həyata keçirirlər və araşdırmalar davam edir.