“FINCA Azerbaıjan” 2022-ci ilin 1-ci rübündə yaxşı nəticələr göstərib

Ölkənin müxtəlif regionlarında mikro və kiçik biznes
müştərilərinə göstərdiyi maliyyə xidmətləri ilə tanınan “FINCA
Azerbaijan” təşkilatı 2022-ci ilin 1-ci rübünü ötən ilin eyni dövrü
ilə müqayisədə 24% xalis gəlir artımı ilə başa vurub. Birinci rübün
nəticələri də ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın bu
aparıcı mikromaliyyə təşkilatının kredit portfelinin 22% artdığını
göstərir.

Təşkilatın baş direktoru Timoti Tarrantın sözlərinə görə, bu
sürətli bərpa öz bizneslərini şaxələndirə bilən və koronavirus
(COVID-19) pandemiyasından təsirlənən sektor gəlirlərindən
asılılığını azalda bilən FINCA Azerbaijan müştərilərinin
davamlılığını nümayiş etdirir.

“Biz hesab edirik ki, kənd təsərrüfatı sektorunda əhəmiyyətli
uzunmüddətli məhdudiyyətlərin olmaması regionlarda yaşayan
müştərilərimizə pandemiyanın yaratdığı problemləri daha tez aradan
qaldırmağa imkan verdi” deyə T. Tarrant vurğulayıb.

Aztəminatlı şəxslərə və icmalara öz gələcəklərinə sərmayə
qoymağa imkan verən innovativ və təsirli maliyyə xidmətlərini
məsuliyyətlə təqdim edən qlobal şəbəkənin bir hissəsi olan “FINCA
Azerbaijan” 2021-ci ildə 6 filialın açılmasına nail olaraq onların
sayını 22 filiala çatdırıb və cari il ərzində regionlarda kənd
tərərrüfatı və bizneslə məşğul olan şəxslərin maliyyə xidmətlərinə
daha yaxşı çıxışını təmin etmək üçün 6 yeni filialın açılması
planlaşdırır.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı
mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən
kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara
xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan”
“FINCA Impact Finance” təşkilatına aid olan 18 bank və
mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyon müştəriyə çatan
qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün
www.finca.az saytına və ya rəsmi
sosial media hesablarına müraciət edə bilərsiniz.

Teqlər: