“Financial Times” beynəlxalq işgüzar qəzetinin məlumatlarına əsasən, dünyada buğda istehsalının azalması tendensiyası müşahidə olunur ki, bu da taxılın qiymətinin artmasına gətirib çıxarır.
Trend-in məlumatına görə, “Financial Times”ın bu barədə dərc olunan məqaləsində deyilir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi son bir neçə ilin quraqlıq səbəbi ilə kənd təsərrüfatı istehsalçıları üçün əlverişsiz olduğunu bildirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd olunur ki, bir neçə iri ixracatçı ölkədə məhsul növlərinin pisləşməsi nəticəsində dünya buğda qiymətləri əvvəlki ayla müqayisədə 11,1 bənd (8,8%) artaraq, keçən ilin müvafiq dövrünün səviyyəsini 41,5 bənd (43,5%) üstələyib.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi öz növbəsində Avstraliyada meşə yanğınlarının buğda tarlalarına ziyan vurduğunu və 2021-2022-ci illərdə buğda ixracının 17 faiz azalacağını gözləyir.
(Tərcümə: Orxan Nəbiyev)