Xəbər verdiyimiz kimi, ötən gün Argentina millisi ABŞ-da keçirilən “Amerika Kuboku” turnirinin qalibi olub. Finalda argentinalılar Kolumbiyaya qalib gəlib.
AzerTimes xəbər verir ki, finalın ən yaxşı oyunçus Argentina millisinin 36 yaşlı yarımmüdafiəçisi Anxel Di Maria seçilib.
Qeyd edək ki, Argentina millisinin kapitanı Lionel Messi 65-ci dəqiqədə zədələnib və meydanı tərk edib.