Almaniyada təşkil olunan Avropa çempionatında İspaniya və İngiltərə arasında təşkil olunan final matçının ən yaxşı oyunçusu müəyyənləşib.
AzerTimes xəbər verir ki, İspaniya yığmanının üzvü Niko Uilyams oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, N.Uilyams İspaniya – İngiltərə matçının 47-ci dəqiqəsində fərqlənib. Onun komandası AVRO-2024-ün qalibi olub.