Fin ssenarisi: Zelenski Rusiyaya ərazi verməyə hazırdır

Fin ssenarisi: Zelenski Rusiyaya ərazi verməyə hazırdır

Ukraynada münaqişəyə son qoymaq üçün işğal olunmuş ərazilərdən Rusiyanın xeyrinə mümkün imtina ilə bağlı danışıqlar aparılır.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Der Spigel” nəşri Kiyevdəki yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

“Güzəştlər olmasa, sülh mümkün olmayacaq. “Alqı-satqı” həm də Rusiya üçün faydalı olmalıdır”, – mənbə bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, Qərbin Kiyevə dəstəyinin səviyyəsi azalacaq. Üstəlik, həm ukraynalı əsgərlər, həm də mülki şəxslər arasında ruh düşkünlüyü getdikcə genişlənir.

Qeyd edək ki, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ilə münaqişə zamanı itirdiyi ərazilərdən imtina etməli olacağını bildirmişdi. O, misal kimi Finlandiyanın 1939-cu ildə ərazisinin 10%-ni Sovet İttifaqına verdiyini, lakin təhlükəsiz sərhədi təmin etdiyini göstərmişdi.

Teqlər: