81-ci Venesiya Film Festivalında Azərbaycan filmləri təqdim olunub.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi məlumat verib.
Bildirilib ki, festivalda Azərbaycan kinosu tarixində ilk dəfə olaraq üç film təqdim olunub.
Festivalda İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və Azərbaycan memarlığından bəhs edən, rejissor Şamil Əliyevin “Yaradanlar” filmi iştirak edib.
Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi müsabiqədə qalib gələn filmlərin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb olunması ilə bağlı təqdimatlar keçirilib. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” filminin layihəsi ilə yanaşı ARKA-nın maliyyə dəstəyi ilə çəkiləcək digər film layihələri də xarici prodüserlərə təqdim olunub.