Filippin hərbi təyyarəsi Çin hava məkanına daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə Çin mediası hərbi departamentə istinadla məlumat yayıb.
“Avqustun 8-də Filippin Hərbi Hava Qüvvələrinə məxsus NC-212 təyyarəsi, Çinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Cənubi Çin dənizindəki Huanqyan adalarının hava məkanına qanunsuz daxil olub”, – məlumatda bildirilib.