1,4 milyon litr mazut daşıyan “MT Terra Nova” tankeri Filippin sahillərində batıb.
AzerTimes xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Bildirilir ki, Filippin bayrağı altında üzən tankerdə sızıntının qarşısını almaq üçün səylər göstərilərkən daşıyıcı çevrilib və batıb. Məlumata görə, 16 ekipaj üzvü xilas edilib, biri isə itkin düşüb.
Tankerdəki mazutun bir hissəsi 3.7 km məsafədə dəniz səthinə yayılıb.
“Bütün mazut sızsa, bu, ölkə tarixində ən böyük sızma hadisəsi olacaq. Bu Manilanın sahil xətti üçün də böyük təhlükədir. Biz zamanla yarışırıq. Yanacaq sızmasını dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çalışacağıq”, – Filippin Sahil Mühafizəsinin sözçüsü Armando Balilo deyib.