Filippində “Rai” tayfunu nəticəsində ölənlərin sayı artıb

Filippində “Rai” tayfunu nəticəsində ölənlərin sayı artıb.

AzerTimes-ın “Manila Bulletin” qəzetinə istinadən verdiyi məlumata görə, tayfun nəticəsində 208 nəfər həlak olub, 239 nəfər xəsarət alıb, 52 nəfər isə itkin düşüb.

Məlumata əsasən, ölüm halları Mərkəzi Visailər, Qərbi Vsailər, Karaqa, Şimali Mindanao və Zamboanqa yarımadasında qeydə alınıb.


Xatırladaq ki, daha əvvəl 169 nəfərin öldüyü bildirilirdi.