Filippində “Rai” tayfunu nəticəsində ölənlərin sayı 108-ə çatıb

Filippində baş verən “Rai” tayfunu nəticəsində azı 108 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Agence France-Press” agentliyi yerli hakimiyyətə istinadən bildirib.

Bundan əvvəl 75 nəfərin həlak olması barədə məlumat verilib.


Vyetnam Milli Hidrometeoroloji Proqnozlar Mərkəzindən bildirilib ki, bazar gününün ortalarına qədər qasırğanın episentri Vyetnamın Bindin əyalətinin akvatoriyasında olacaq.