Filippinin paytaxtı Manila yaxınlığındakı göldə qayığın batması nəticəsində 23 nəfər ölüb, 6 nəfər itkin düşüb.
AzerTimes xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Filippin Sahil Mühafizəsinin sözçüsü Armando Balilonun sözlərinə görə, qəzaya səbəb güclü küləkdən təşvişə düşən sərnişinlərin qayığın sol göyərtəsinə toplaşması olub.
Lakin qayıqdakı sərnişinlərin sayı məlum deyil. Xilasedicilərin 40 nəfəri sudan çıxardığı bildirilib.