Xəbər - Orxan Nəbiyev – Trend:
Filippinin şimalında tüğyan etmiş “Kompasu” tropik qasırğası nəticəsində 13 nəfər həlak olub.
Trend-in məlumatına görə, daha doqquz nəfərin itkin düşdüyü deyilir.
Qeyd olunur ki, təbii fəlakət ölkənin ən böyük adası olan Lusonda daşqın və sürüşmələrə səbəb olub. Daşqın bölgəsindən 2 mindən çox sakin təxliyə olunub.
Qasırğanın bölgəyə vurduğu ziyanın həcmi 10 milyon dollar məbləğində qiymətləndirilir.
Oktyabrın 11-də Sakit okean üzərində formalaşmış “Kompasu” qasırğası Asiyada bu mövsüm sayca 18-ci qasırğa olub.