Filippində növbəti güclü zəlzələ…

Filippində növbəti güclü zəlzələ…

Filippin sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Taqo şəhərindən 44 km şərqdə, ocağı isə 31 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Qeyd edək ki, dekabrın 2-də Filippində 7,5 maqnitudalı təkanlar qeydə alınmışdı.

Teqlər: