Xəbər - Orxan Nəbiyev – Trend:
Filippində koronavirusun yeni mutasiyası aşkar edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd olunur ki, yeni P.3 ştammı koronavirusa yoluxmuş 85 nəfərdə aşkar olunub. Bundan başqa, Braziliyadan qayıtmış Filippin vətəndaşından koronavirusun Braziliya ştammı qeydə alınıb.
Qeyd edək ki, bu günədək Filippində 611 mindən çox şəxs koronavirusa yoluxub, 12,5 mindən çox xəstə ölüb.